Bu gün Futzal üzrə UEFA kubokunun əsas seçmə qrup mərhələsində çıxış edən Azərbaycan çempionu “Araz” son oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Rumıniyada təşkil olunan 3-cü qrupun ilk iki oyununda qələbə qazanan Naxçıvan klubu son oyununda meydan sahibi “Targu Mureş”lə münasibətlərinə aydınlıq gətirib. Rumın futzalçılar da ilk iki oyununda qələbə qazandığından, qarşılaşma qrup liderliyi baxımından böyük əhəmiyyət daşıyırdı. Lakin Joze Alesio da Silvanın komandası əbəs yerə bu qrupun favoriti olmadıqlarını sübuta yetirərək, son matçından da 3 xalla ayrılıblar. Artıq ilk yarıda iki qol vuran təmsilçimiz fasilədən sonra – matçın başa çatmasına qısa zaman qalmış qapısından top buraxsa da, elə dərhal daha bir dəfə fərqlənən və het-tirkə imza atan Anderson təmsilçimizə qələbə qazandırıb – 3:1. Nəticədə komandamız bu seçmə mərhələni vahid lider kimi qapayaraq, növbəti mərhələyə yüzfaizli nəticəylə yüksəlib. Qrupumuzda keçirilən qrup sonuncusu olmamaq uğrunda mübarizədə isə İrlandiya “Sportinq Finqal”ı Latviya “Nikars”ına 1:4 yenilib.
“Araz” (Azərbaycan) – “Targu Mureş” – 3:1
Qollar: Anderson, 17: 19: 39 – İqnat, 39.
1. “Araz” 3 3 0 0 17-7 9
2. “Targu Mureş” 3 2 0 1 16-6 6
3. “Nikars” 3 1 0 2 7-15 3
4. “Sportinq Finqal” 3 0 0 3 7-19 0
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı