Unibank Premyer Liqasının 8-ci turunda Lənkəranda "Xəzər Lənkəran"la qarşılaşacaq "Bakı" meydana yalnız qələbə üçün çıxacaq. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar”ın baş məşqçisi Vinfrid Şefer bu oyunun xüsusi əhəmiyyət kəsb etmədiyini, "Bakı"nın həmişə olduğu kimi bu qarşılaşmada da yalnız 3 xal qazanmaq barədə düşündüyünü söyləyib: "Xəzər Lənkəran" güclü komandadır. Təsadüfi deyil ki, onlar turnir cədvəlinin lideridirlər. Ancaq bu amil bizim planlarımıza heç bir dəyişiklik etmir. "Bakı" Lənkərana qələbə ardınca gəlir. Son turda "Turan" üzərində əldə etdiyimiz qalibiyyət psixoloji cəhətdən yerinə düşdü. Biz oyunumuzu gücləndirmək üzərində işlərimizi davam etdiririk. Rəqibin oyun tərzini kifayət qədər incələmişik. İnanıram ki, azarkeşlər maraqlı bir qarşılaşmanın şahidi olacaqlar. Bizim məqsədimiz Lənkəranda 3 xal qazanmaqdır”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı