"Neftçi"nin baş məqşçisi Arif Əsədov AZAL-la oyundan əvvəl klubun rəsmi saytına bəzi maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, o, öncə son turda “Xəzər Lənkəran”a məğlubiyyət haqda danışıb: "Xəzər Lənkəran"a məğlubiyyət üzücü oldu. Deməzdim ki, onlar bizi oyunla, taktika ilə üstələdilər. Əslində, rəqib heç-heçə ilə barışmışdı, son 10 dəqiqədə geri çəkilmişdi. Lənkəran təmsilçisinin bəxti gətirdi. Bunu komandanın baş məşqçisi Mirça Rednik də etiraf elədi. Futbolda belə şeylər olur, bəzən yaxşı oynayan komandalar qələbə qazana bilmirlər. Əlbəttə ki, əsas nəticədir. "Xəzər Lənkəran"la oyundan sonra yığma komandanın düşərgəsinə yollanan futbolçularımız artıq qayıdıblar. Bu gündən AZAL-la oyuna demək olar, tam heyətlə hazırlaşırıq. "Neftçi" keçən mövsümlə müqayisədə çox iddialıdır”.
Əsədov daha sonra növbəti turun AZAL ilə oyunu haqda da danışıb: “AZAL-a gəlincə, rəqib yaxşı komplektləşmiş komandadır. Bunda baş məşqçi Nazim Süleymanovun da işini qeyd etmək lazımdır. Bilirik ki, AZAL Premyer Liqada mübarizə aparan güclü komandalara baş ağrısı olub. Bununla belə, qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişik".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı