«Xəzər Lənkəran» klubu «Neftçi»ylə oyunda azarkeşlərin yaratdığı insidentə görə AFFA İntizam Komitəsinin kəsdiyi on min manatlıq cəriməni tam ödəmək niyyətində deyil. Qol.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Tuyqun Nadirov qərardakı 7 min manatlıq cərimənin haqsız olduğunu bildirib. Bununla bağlı AFFA-nın Apelyasiya Komitəsinə müraciət edəcəklərini deyən Nadirov hər oyunda onları heç nədən cəzalandırmağa çalışdıqlarını söyləyib: «Klubumuz hər turda cəriməyə məruz qalır. Bundan öncəki turda - «Muğan»la qarşılaşmada heç bir əsas olmadan göstərilən altı sarı vərəqəyə görə pul cəzası ilə üzləşmişik. İndi isə guya azarkeşlər arasında ciddi münaqişə düşüb. Oyuna baxanlar görüb ki, heç bir qonaq azarkeşə fiziki təcavüzdən söhbət getmir. O zaman başa düşmürəm, nəyə görə biz buna görə beş min manat ödəməliyik? Azarkeş azarkeşi vurmayıb, döyməyib. Buna görə kəsilən cəzanın özü gülüncdür».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı