Millimizin Avropa çempionatının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə yığma komandasının baş məşqçisi Quus Hiddink bir neçə futbolçu barədə dəqiq qərarını Azərbaycanla matçdan sonra verəcəyini bildirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis oynadıqları klublarda forma şansı verilməyən Tuncay, Kazım, Gökhan Zan və Semihi qarşıdakı iki matçda son dəfə sınayacaq. Adları çəkilən futbolçular Almaniya və Azərbaycana qarşı oyunlarda ümidləri doğrultsa, komandadakı yerlərini qoruyacaqlar. Əks təqdirdə isə milli komandaya onların əvəzinə başqa futbolçular cəlb ediləcək. İngiltərənin “Stok siti” komandasında forma geyən Tuncay Şanlı bu mövsüm start heyətə düşə bilməyib. 6 turdan sonda Tuncay iki qarşılaşmada forma geyib və ümumilikdə 68 dəqiqə meydanda olub. Digər qarşılaşmalarda isə 18 nəfərlik heyətə belə daxil edilməyib. “Fənərbaxça”nın hücumçusu Semih isə Türkiyə Superliqasında iki matçda start heyətdə yer alıb. Çempionatın ilk turunda vurduğu iki qolla “Antalyaspor” üzərində qazanılan qələbədə böyük pay sahibi olan futbolçu “Trabzonspor”la qarşılaşmada zədələnmiş, bundan sonra isə 4-cü turda “Kayserispor”a qarşı sadəcə 17 dəqiqə meydanda olmuşdu. “Sarı-lacivərdlilər”in digər bir futbolçusu Kazımın isə vəziyyəti daha pisdir. Belə ki, geridə qalan 6 həftədə Kazım bir dəqiqə belə meydanda olmayıb. “Qalatasaray”da forma geyən müdafiəçi Gökhan Zan isə bu mövsüm sadəcə çempionatın ilk turunda mübarizə aparıb.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var