«Mən Azərbaycanı tərk etdiyimə görə qətiyyən peşman deyiləm. Həmin ölkədə futbolun səviyyəsi oyunun inkişaf etməsinə imkan vermir. Mən orada bir futbolçu kimi irəli gedə bilməzdim». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» klubunun braziliyalı keçmiş hücumçusu Vilyam Roşa Batista bildirib.
Hazırda Ukrayna «Karpatı»sının aparıcı futbolçularından hesab olunan Batista bu komandayla birgə Avropa Liqasının qrupp mərhələsində iştirak edir.
Klubun rəsmi saytına müsahibəsində Batista Azərbaycanda çıxış etdiyi müddətdə yaxşı pul qazandığını etiraf edib. «Bakı» klubunun tərkibində Azərbaycan çempionu olduğunu, avrokubok matçlarında iştirak etdiyini söyləyən braziyalı hücumçu Azərbaycanda bir futbolçu kimi inkişaf edə bilməyəcəyini gördüyü üçün ölkəmizi tərk etmək qərarına gəldiyini vurğulayıb: «Ona görə də mən bu addımı atmaqla heç də peşmançılıq hissi keçirmirəm».
Xatırladaq ki, 2008-2009-cu il illər mövsümünda «Bakı»nın şərəfini qoruyub və bu komandayla birgə Azərbaycan çempionu adını qazanıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər