Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda Unibank Premyer Liqasının son turunda baş berən olaylara hüquqi qiymət verilib.
“Muğan” – “Simurq” matçının 38-ci dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Neftçi” matçında bir neçə hadisə baş vermişdir. Belə ki, matçda hər iki klubun azarkeşləri fişəng yandırıb, “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb, qol vurulduqdan sonra meydançaya azarkeş daxil olub və hər iki klubun azarkeşləri arasında münaqişə baş vermişdir. Bu səbəbdən də yuxarıda göstərilənlərə əsasənlanaraq matçın 1-ci dəqiqəsində “Neftçi” klubunun və matçın 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri fişəngdən istifadə etdiklərinə görə hər iki klub 3000 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçın 89-cu dəqiqəsində meydançaya azarkeş daxil olduğu və tribunalarda hər iki klubun azarkeşləri arasında münaqişə baş verdiyi üçün “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunub. Bu hadisəyə əsasən “Neftçi” klubu isə meydan sahibi komandanın təqdim edəcəyi hesaba uyğun olaraq dəymiş zərəri ödəməlidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq hər iki kluba ciddi xəbəbdarlıq olunur. Belə ki, analoji hadisənin təkrar olunacağı təqdirdə hər iki klub barəsində ciddi ölçü götürüləcək və klubların azarkeşləri oyunlara buraxılmayacaq.
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?