Millimizin kapitanı Rəşad Sadıqovun formasın geydiyi “Eskişəhərspor” klubunun sabiq baş məşqçisi Rza Çalımbay istefasından sonra ilk dəfə mətbuat nümayəndələrinin qarşısına çıxaraq, onların suallarını cavablandırıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bir sıra maraqlı açıqlamaları ilə diqqəti çəkib. “Qolları mən qaçırdım, qolları mən buraxdım. Yaxşı ötürmələr verə bilmədim, müdafiədə yaxşı dura, hücumlara çıxa bilmədim. Rzanın günahı nədir, mən anlamadım” deyə rəhbərliyə etirazını dilə gətirən Çalımbay keçmiş xidmətlərinin qarşılığında belə münasibətə layiq olmadığını vurğulayıb: “Əfsanə “Es-Es”i yenidən ayağa qaldırdıq. “Eskişəhərspor”un nələr edə biləcəyini hər kəsə göstərdik. Birinci ilimizdə Superliqadakı yerimizi qoruduq, ikinci ildə isə çempionatı üst pillələrdə başa vurduq. Bu mövsüm müdafiədə bəzi dəyişikliklər etmək istədik. Mövsümün əvvəlində Əlcəzair millisində çıxış edən iki stopperin alınmasını istədim. Ancaq onlar alınmadı. Nəticədə müdafiəyə Dieqo ve Sadıqov (Rəşadı nəzərdə tutur – red.) alındı. Dieqo mən izləmədən alındı. Onun kimi transferin son günü alınan Sadıqov da hazır deyildi. Müdafiədə istədiklərimizi edə bilmədik. Buraxdığımız qolların da 99 faizi müdafiədəki səhvlərdən sonra vuruldu”.
Çalımbay, “Eskişəhərspor”un çox yaxşı komanda olduğunu bildirərək, Superliqanı tərk etmək təhlükəsinin olmadığını da sözlərinə əlavə edib: “Komandanın başına kim gəlir-gəlsin, heç kim narahat olmasın – bu komanda Superliqanı tərk etməz. “Eskişəhərspor” bir-iki həftə sonra çıxışa keçəcək və çempionatı yaxşı yerlərdə başa vuracaq”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər