“Hansı komanda ilə oynamağından asılı olmayaraq futbolçuların hamısının oynaya biləcək səviyyədə olması, yəni heyəti tamamilə hazır komandadan seçmək hər bir məşqçinin istəyidir. Unibank Premyer Liqasının aparıcı komandası “Qarabağ” klubuna qarşı çətin oyunda bizdə vəziyyət Milan Antiçin cəzalı olması xaricində istədiyimiz kimi idi. Lyuba Baranin “Bakı” ilə oyunda aldığı 3 oyunluq cəzanı tamamlamışdı və Stiv Olfersin “İnter”lə oyunda heyətə düşməsinə mane olan xəstəliyi sağalmışdı. Bundan başqa həftə ərzində biz yaxşı hazırlıq prosesi keçmişdik və əmin idik ki, bir az da bəxtimiz gətirsə, əla oyun nümayiş etdirərək bu mövsümün ilk ev qələbəsini qazanacağıq”. Qol.Az-ın məlumatına görə, bu fikirlər “Qəbələ”nin baş məşqçisi Toni Adamsın köməkçisi Qari Stevensə məxsusdur.
O, klubun rəsmi saytına son turun “Qəbələ” – “Qarabağ” oyununa texniki baxışını açıqlayıb: “Keçən mövsümdə “Qarabağ” məşqçilərinin sırasında, indi isə bizim məşqçi heyətimizdə olan Fatih Kavlak sayəsində əlimizdə rəqibimiz barədə bilavastə məlumat var idi. Əlavə olaraq, Toni Adams və mən yəqin ki, digər Azərbaycan komandalardan daha çox “Qarabağ”ın iştirak etdiyi oyunlara baxmışdıq. Oyunun quruluşunu yaxşı görə bilmək üçün ilk 15 dəqiqəyə ehtiyat oyunçular skamyasından yuxarıda yerləşən VİP zaldan baxmağa qərar verdim və aydın idi ki, bizim öz düzülüşümüz əlverişli idi və “Qarabağ” ilkin komanda tərkibi ilə bizim üçün xüsusi bir problem yaratmırdı. Texniki sahəyə düşəndə Toniyə dedim ki, oyunun gedişi bizdən asılıdır və biz fərdi və kollektiv səhvləri minimuma endirməliyik. Fürsət düşdükdə isə soyuqqanlılıqla ondan istifadə etməliyik və bu oyun bir həftə əvvəl “İnter”ə qarşı olan oyun qədər sərt olacaq.
Fikrimcə, ilk 45 dəqiqə bu mövsümdə numayiş etdirdiyimiz ən yaxşı oyun idi. Nəzarəti əlimizdə saxlayaraq, oyunu davamlı olaraq sahənin bir tərəfindən digərinə keçirməklə yanaşı, topu yaxşı ötürürdük və özümüzdə saxlayırdıq. İkinci hissəni bir az yavaş başladıq. Ancaq çox vacib olan ilk qolu vura bildik. Deon son toxunuşu edərək bizə 1:0 ustunlük qazandırıb, mövsümdə öz qol hesabını da ikiyə çatdırdı. Bundan sonra isə Branmir Subaşiç komandanın ikinci, özünün isə “Qəbələ”də ilk qolunu vuraraq komandanın mövqeyini möhkəmləndirdi.
Biz oyunda qazanılan hesab üstünlüyünü qorumaq tərəfdarı deyilik və buna görə də komandanı bundan sonra da irəli getmək üçün həvəsləndirməyə davam etdik. Ancaq belə hallarda adətən futbolçularda rahatlamaq kimi təbii bir reaksiya yaranır və bu da rəqibə şans verir. Qarabağ da bizim oyunçularımızın rahatlamasından istifadə edərək, hücuma keçib üzərimizdə təzyiq qurdu. Oyunun bu hissəsində top havada gözlənilməz hərəkət edərək Paveli aldatdı. Hesab minimuma endi. Biz bir qol üstünlüyümüzü qorumalıydıq.
Sonrdan “Qarabağ”ın bir neçə qol şansı olsa da, biz evdə azarkeşlərimizin qarşısında çox güclü rəqibə qarşı üstünlüyümüzü qoruya bildik. Turnir cədvəlində komandaların yerləri daha dəqiq görsənməyə başladığı bir vaxtda bizim formamızı və özünə inam hissini daha da artırmağımız son dərəcə vacibdir”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər