Unibank Premyer Liqasının 7-ci turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın futbolçusu Alim Qurbanov üçün əlamətdar olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, komandanın yarandığı gündən “ağ-yaşıl” formaya bağlanan yarımmüdafiəçi “Xəzər Lənkəran”ın heyətində 150-ci oyununu keçirib. Altı ildir sadiq olduğu komanda ilə Azərbaycan çempionluğunu (2006/07), çempionatın gümüş mükafatını (2004/05), Azərbaycan kubokunu (2006/07 və 2007/08) və “Birlik Kuboku”nu qazanan Alim bu həddə çatan ikinci futbolçu olub. “Xəzər Lənkəran”ın tarixində 150 oyun göstəricisini arxada qoyan ilk oyunçu isə Rəşad Abdullayev olub. Hazırda “Neftçi”nin uğurları üçün çalışan bu yarımmüdafiəçi 2004-2009-cu illərdə “Xəzər Lənkəran”ın formasını geymişdi.
Alim Qurbanovun “Xəzər Lənkəran” karyerası:
Mövsüm Turnir O Q
2004/05 Çempionat 31 3
Kubok 5 1
2005/06 UEFA kuboku 2 -
Çempionat 20 2
Kubok 8 -
2006/07 Çempionat 19 1
Kubok 8 -
2007/08 Çempionlar Liqası 2 -
Birlik kuboku 5 -
Çempionat 18 -
Kubok 5 -
2008/09 UEFA kuboku 2 -
Çempionat 4 -
Kubok 1 -
2009/10 Çempionat 10 1
Kubok 4 -
2010/11 Avropa Liqası 2 -
Çempionat 4 -
Cəmi Çempionat 106 7
Kubok 31 1
Avrokuboklar 8 -
Birlik kuboku 5 -
Yekun 150 8
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər