UEFA-dan Avropa Superliqası ideyasına sərt cavab

UEFA-dan Avropa Superliqası ideyasına sərt cavab
DÜNYA FUTBOLU 18 Aprel 2021 / 20:00 2882
-  A +

UEFA 12 nəhəng klubun Avropa Superliqasına qatılacaqlarını rəsmi elan edəcəkləri ilə bağlı məlumatlar haqda açıqlama yayıb.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytında UEFA, milli assosiasiyalar, İtaliya A seriyası, İngiltərə Premyer Liqası və İspaniya La Liqası adından yayılan birgə bəyanatda deyilir:


"Bir neçə İngiltərə, İspaniya və İtaliya klublarının qondarma Superliqanın yaradılacağını elan etməyi planlaşdırdıqlarını öyrəndik. Bu, baş verərsə, təkrarlamaq istəyirik ki, biz- bütün qitələrin futbol qurumları və üzv olan assosasiylalar bu qəribə layihənin qarşısını almaq üçün səylərimizi birləşdirəcəyik. İndi həmrəyliyə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bir neçə klub şəxsi maraqlarına əsaslanan layihə təşkil edir.Bunun baş verməməsi üçün bütün səviyyələrdə - həm məhkəmə, həm də idmanda əlimizdən gələni edəcəyik. Ədalətli rəqabət və idman dəyərləri futbolun mərkəzindədir və başqa bir yol ola da bilməz. UEFA və digər altı federasiya tərəfindən əvvəlcədən bildirildiyi kimi, bu məsələ ilə əlaqədar klubların milli, Avropa və ya qlobal səviyyədə digər yarışlarda iştirakı qadağan ediləcək. Başqa ölkələrdəki klublara, xüsusilə də qatılmaqdan imtina edən Fransa və Almaniya klublarına təşəkkür edirik.

Bütün futbol azarkeşlərini və siyasətçiləri bu layihə ilə mübarizədə bizə qoşulmağa çağırırıq. Bir qrup insanın bu davamlı mənfəət güdməsi çox uzun sürdü. Hər şeyin bir həddi olmalıdır".

Qeyd edək ki, 12 nəhəng klubun bir neçə saat ərzində sözügedən turnirə qatılmaq üçün rəsmi addım atacaqları məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır