Unibank Premyer Liqasının 7-ci turunda "Xəzər-Lənkəran"la oyunda forma geyinən "Neftçi"nin futbolçusu Rəşad Abdullayev haqqında yayılan söz-söhbətlərə münasibətini bildirib. Təcrübəli yarımmüdafiəçi flaqmanın rəsmi saytına açıqlamasında "Xəzər-Lənkəran"la görüşdə əvəzlənməsindən sonra birbaşa paltardəyişmə otağına yollanması ilə bağlı bunları deyib: "Mənim çılğın oyunçu olduğumu hamı bilir. Təbii ki, derbi matçlarında hər bir futbolçu sonadək meydanda olmaq istəyir. Bu baxımdan mən də "Xəzər-Lənkəran"la qarşılaşmada axıra qədər komandamıza kömək etmək niyyətində idim. Lakin baş məşqçi məni əvəzlədi və emosiyalarımı cilovlaya bilmədiyimdən, birbaşa paltardəyişmə otağına yollandım. Bu epizodda hansısa hörmətsizlikdən söhbət gedə bilməz. Klubumuzun rəhbərliyi, məşqçilər korpusu mənə inanır. Öz növbəmdə mən də bu etimadı doğruldub, "Neftçi"yə çempionluğa gedən yolda yardımçı olmağa çalışacağam. Xahiş edirəm ki, flaqmanın azarkeşləri, futbol həvəskarları məni düzgün başa düşsünlər, bu məsələni şişirtməsinlər. Hər şey qaydasındadır. Artıq növbəti turda qarşılaşacağımız AZAL-la oyunun hazırlığına başlamışıq. İnşallah, gələn oyunlarda qələbə qazanıb, yenidən zirvəni fəth edəcəyik".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər