“Bu gün Lənkəranda əsl futbol bayramı yaşandı. Təkcə stadionda olan fanatlar yox, televiziya ilə oyunu canlı izləyən milyonlarla insan çox maraqlı və gərgin oyunun şahidi oldu”. Qol.Az-ın Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov söyləyib.
Dünən Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”ni minimal hesabla məğlub etdikləri qarşılaşmadan sonra qonaq komandanın azarkeşlərini futbol bayramını korlamaqda ittiham edib: “Təəssüf ki, sonda “Neftçi” azarkeşləri futbol bayramını korladı. Bu, futbolumuza heç yaraşmır. Biz hər şeyin problemsiz keçməsi üçün əlimizdən gələni etmişdik. “Neftçi”nin problemlə üzləşməməsi üçün öz avtobusumuzu onlara vermişdik. Amma onlar oturacaqları qırdı. AFFA-nın nümayəndələri hər şeyi gördü. Dəyən ziyanın məbləğini araşdırıb federasiyaya məlumat verəcəyik. Prezidentimiz meydana çıxıb azarkeşləri sakitləşdirməsəydi, çox böyük faciə baş verə bilərdi”.
Sonda qarşıdakı oyunlarda hər iki kluba uğurlar arzulayan Nadirov hakimlərin oyunu heç də ideal səviyyədə idarə etmədiyini də vurğulayıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər