“Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Bu gün Lənkərandayam, sabah “Neftçi”də ola bilərəm. Əgər “Neftçi” azarkeşləri məndən inciyiblərsə, hamısından üzr istəyirəm”. Bu sözləri Qol.Az-ın Lənkərana ezam olunmuş müxbiri ilə söhbətində “Xəzər Lənkəran”ın və millimizin qapıçısı Kamran Ağayev deyib.
Dünən Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində doğma meydanda “Neftçi” üzərində minimal hesablı qələbə sayəsində vahid liderliyi ələ alan cənub təmsilçisinin kapitanı bu oyuna ciddi hazırlaşdıqlarını deyib: “Bu oyuna xüsusi hazırlaşmışdıq. Çünki bu, derbi oyunudur. Düşünürəm ki, layiq olduğumuz qələbəyə imza atdıq. Azarkeşlərimiz bu qələbəyə layiq idi”.
Oyundan sonra yaranan qalmaqala da münasibət bildirən təcrübəli qolkiper olaylara səbəbkar kimi məhz onun göstərilməsini düzgün hesab etməyib: “Derbidə qalmaqalın olması təbiidir. Lakin qalmaqal heç də mənə görə olmadı. Mən sadəcə “Neftçi” fanatlarına jest etdim ki, sakit olun. Onlarsa məni səhv başa düşdülər”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər