Bu gün Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra qalmaqal yaranıb. Qol.Az-ın Lənkərana ezam olunan müxbirinin məlumatına görə, matç başa çatandan sonra yerli tərəfdarlarla Bakıdan Lənkərana təşrif buyuran qonaq azarkeşlər arasında münaqişə baş verib. Buna isə cənublu azarkeşlərin “Neftçi” fanatlarından klubun bayrağını almaq istəmələri səbəb olub. Onlar buna və hətta paytaxt klubunun bayrağını yandırmağa da nail olub. Hadisələrin daha da kəskinləşməsinə isə polislər, mühafizə işçiləri və daxili qoşunların əsgərləri mane olub. Lakin bu zaman da polislərlər mühafizə işçilərinin öz aralarında münaqişə yaranıb. Çünki “Xəzər Lənkəran” klubunun mühafizəçiləri öz azarkeşlərini müdafiə etməyə çalışdığından, polislər buna göz yummayıb.
Qeyd edək ki, hər iki komandanın tərəfdarları matçın son dəqiqələrinə kimi özlərini normal aparsa da, məhz meydan sahiblərinin 89-cu dəqiqədə hesabı açmasından sonra yerli azarkeşlər “Neftçi”nin ünvanına xoşagəlməz ifadələr səsləndirməyə başlayıb. Onların xüsusilə “Neftçi”-qaz” şüarları televiziya vasitəsilə oyunu izləyən bütün tamaşaçıların diqqətini çəkib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər