«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov Unibank Premyer Liqasının bu gün səfərdə «Qəbələ»yə qarşı keçirilən və komandasının 1:2 hesablı məğlubiyyətilə başa çatan oyundan sonra futbolçularına ciddi xəbərdarlıq edib. Qol.Az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında Q.Qurbanov son zamanlar «Qarabağ»da enişin hiss olunduğunu bildirib: «Əgər belə getsə, qış fasiləsində komandada ciddi dəyişiklik edəcəyəm. Buna qədər isə oyunumuzu düzəltməyə
çalışacağam».
Q.Qurbanov «Qarabağ»ın iki aparıcı futbolçusu olan Georgi Adamiya ilə Rəşad Sadiqovu «Qəbələ»ylə matçda əsas heyətdə yer verməməsinə də aydınlıq gətirib: «Onlar son vaxtlar çox yorulublar. Buna görə də adları çəkilən futbolçuları ikinci hissədə meydana buraxdım».
Gənc mütəxəssis «Qəbələ»nin layiqli qələbə qazandığını bildirib və buna görə rəqibi təbrik edib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər