“AFFA və PFL-in təşkil etdiyi dünənki tədbirə üzrlü səbəbdən qatıla bilməmişdim. Çünki qonaqlarım olduğundan buna vaxt tapa bilmədim”. Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın keçmiş vitse-prezidenti Nail Əliyev deyib.
Son vaxtlar mətbuatda görünməyən “zolaqlılar”ın sabiq rəsmisi, hazırda “Toplu Bakı” jurnalının baş redaktoru olan Nail Əliyev bunun səbəbini də izah edib: “Düzü, başım oğlumun təhsili ilə bağlı işlərə qarışmışdı. Artıq iki ay idi ki, bununla əlaqədar Türkiyədə idim. Onun universitetə qəbulu, yerləşməsi ilə şəxsən məşğul oldum. Ölkəyə yenicə qayıtmışam. Hardasa bir həftə olar”.
Paytaxt klubunun keçmiş rəsmisinə “Bakı”nın hazırkı çıxışı haqda münasibət öyrənmək istəsək də, Nail Əliyev bu haqda ətraflı danışmaq istəmədiyini bildirdi: “Vallah, “Bakı”nın son oyununu avrokuboklardakı çıxışı zamanı görmüşəm. İndi bu komandanın işinə qarışma istəmirəm. Ondan sonra bu komandanın oyununu izləmək imkanım olmayıb. Yenə deyirəm, iki aydır artıq burda yox idim. Ona görə də keçmiş komandamın hazırda nə gücdə olduğu haqda təsəvvürüm yoxdur. “Toplu Bakı” haqda nə sualınız varsa, buyurub, verə bilərsiniz”.
“Bakı”nın hazırda heç də yaxşı günlərini yaşamadığını və milli çempionatda da uğursuz çıxış etdiyini vurğuladıqda isə, Nail Əliyev bunları söylədi: “Komandaya baş məşqçi gətirilib, indi Vinfrid Şeferin işinə nə Hafiz Məmmədov, nə Zeynal Məmmədov, nə də mən qarışıram. Hər şey ona həvalə olunub, bütün nəticələrə də almaniyalı cavabdehdir. İndi nəticələrin niyə belə olduğuna da ən yaxşı cavabı Şefer özü verə bilər”.
Milli komandamızın AÇ-2012-nin seçmə mərhələsinə uğursuz başlamasına da münasibət bildirən Əliyev Berti Foqtsu hədəfə alıb: “Komandamızın Almaniya ilə oyunu sadəcə biabırçılıq idi. Ona başqa ad verə bilmirəm. Ümumiyyətlə mənə çatmır ki, ona o qədər pulu havayıdan niyə verirlər? 400-500 min vermək olardı. Daha bu qədər yox da. Həmin pula ölkə futboluna daha böyük xeyir verən stadionlar tikmək, infrastrukturu yaxşılaşdırmaq olardı. Sumqayıtın, Gəncənin itib-batmaqda olan stadionlarına xərcləsinlər, uşaq futboluna, bölgə futbolunun inkişafına diqqət yetirsinlər. Nəyə lazımdı axı Foqtsa görə bu qədər pulu çölə atmaq? Vallah istənilən yerli məşqçi ondan daha çox xeyir verərdi milliyə. Gedib oturub Almaniyada, boş yerə pulumuzu havaya sovururuq. Azərbaycana kefi istəyəndən-istəyənə gəlir. O qədər pul alırsa, heç olmasa, iş görsün də. Yeni məşq sistemi, üslubu olsaydı, dərd yarıydı. O, yığmanı uçuruma aparır. Almaniya ilə oyun da göstərdi ki, Foqtsa vaxt verməyin heç bir əhəmiyyəti yoxdur. Onsuz da ondan bizim milliyə bir xeyir dəyməyəcək”.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var