"Bu yarışa hazırlığımız Belarusda başladı. Minskdə 20 günlük təlim-məşq toplanışı keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yarışa yaxşı hazırlaşdığımızı söyləyə bilərəm".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov federasiyanın rəsmi saytına açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura sevindiyini bildirib: "Sevinirəm ki, olimpiadaya lisenziya əldə edə bildim. Oyunlarda iştirak etmək və orada medal qazanmaq hər idmançının arzusudur. Bu, mənim üçün doğum günü hədiyyəsi oldu. Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm. Çünki bu lisenziyanı ölkəm adına qazanmışam. Mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".
Hələlik yunan-Roma güləşi üzrə yeganə lisenziyanın sahibi olan Abbasov əsas hədəfinin Tokio olimpiadasında yaxşı çıxış etmək olduğunu söyləyib: "Əslində Olimpiya Oyunlarına daha çox vəsiqə qazana bilərdik. Uşaqlar lisenziyanın bir addımlığında dayandılar. Amma inanıram ki, mayda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də lisenziyalarımız olacaq. Komanda yoldaşlarıma bu yolda uğurlar arzulayıram. Mənim bundan sonrakı hədəfim isə Olimpiadaya daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu çıxış etməkdir".
Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya əldə edib. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər