Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov şərəfini qoruduğu Mahaçqalanın «Anji» klubunun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycan millisinin Almaniya ilə oyunundan sonra müəyyən fasilə götürmüsən. Çox yorulmusan?
- Mən Hacı Hacıyevə («Anji»nin baş məşqçisi - red.) zəng edərək ondan Bakıda qalmaq haqda icazə istədim. Psixoloji tərəfdən çox yorğun idim, həm də yollar da əlavə çətinlik yaradırdı. Amma artıq sentyabrın 10-da Mahaçqalaya qayıtdım.
- Səni «Anji»yə Omari Tetradze dəvət etmişdi. Amma indi Hacıyevin rəhbərliyi altında oynayırsan.
- Mənim Hacı Müslümoviçlə çox yaxşı münasibətlərim var. O, mənə əsas heyətdə yer verəndə çalışaram ki, etimadı doğruldum.
- Hansı mövqedə oynamaq sənin daha çox xoşuna gəlir?
- Mənə «Anji»də müdafiə və yarımmüdafiədə oynamağımın heç bir fərqi yoxdur. Milli komandada yarımmüdafiədə oynayıram, Bakının «İnter» klubunda isə sağ cinah mövqeyində çıxış edirdim. Məşqçi harda oynamağı istəsə, o mövqedə çıxış edirəm.
- Vladiqafqazda «Alaniya»ya qarşı oyunda əvəz olunmağına verdiyin reaksiya azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Nəyə görə dərhal soyunub-geyinmə otağına getdin? Əvəzetməni ədalətli hesab etmədin?
- Əlbəttə, mən düz hərəkət etmədim. Həmin oyunda hakim mənə haqsız olaraq sarı vərəqə göstərdi. Bu da mənim əsəblərimiə təsir etdi. Hirsləndiyim üçün ehtiyat oyunçular skamyasına deyil, birbaşa soyunub-geyinmə otağına yollandım. Biz bu haqda komandamızda söhbət etdik. Buna görə üzr istədim. Növbəti dəfə də üzrxahlıq etməyə hazıram.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər