Millimizin kapitanı Rəşad Sadıqovun formasını geydiyi Türkiyə Superliqa təmsilçisi “Eskişəhərspor” komandası istirahət məqsədi ilə peyntbol kortuna baş çəkib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəşad və onun komanda yoldaşları dalbadal gələn uğursuz nəticələrin stresindən qurtulmaq üçün peyntbol kortunda güclərini sınayıblar. Günün birinci yarısında növbəti turda qarşılaşacaqları “Qaziantepspor” matçının hazırlıqlarına başlayan eskişəhərlilər günorta saatlarında rəhbərlik tərəfindən müəyyən edilmiş istirahət proqramına qoşulublar. Proqram daxilində futbolçular peyntbol oynayıb və yarış maşınları sürərək bir-biri ilə yarışıblar. Komandanın baş məşqçisi Rza Çalımbayın üz ifadəsindən futbolçuların əyləncəsindən razı qaldığı görünsə də, onun qayğılı olduğu da nəzərdən qaçmayıb. Proqramı tamamlayan “Eskişəhərspor” futbolçuları daha sonra komandanın bazasına qayıdıblar.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər