Avqustun ən yaxşısı Bahadır Nəsimov seçildi

Avqustun ən yaxşısı Bahadır Nəsimov seçildi
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2010 / 15:00 2229
-  A +

Unibank Premyer Liqasının 2010/11 mövsümünün ilk ayı – avqust üçün "ən dəyərli" futbolçu müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu, Bahadır Nəsimovdur. “Unibank”ın təşəbbüsü ilə klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında aparılan sorğunun nəticəsi belə olub. Sorğuda 11 klub və 30 peşəkar jurnalist iştirak edib. Oyunlarda göstərdiyi səmərəliliyə görə Bahadır Nəsimova klub nümayəndələrinin üçdə ikisi, jurnalistlərin isə 90 faizi səs verib. Çempionatın ən yaxşı oyunçusu adının yeni sahibinə Peşəkar Futbol Liqası (PFL) və “Unibank” qiymətli hədiyyə və pul mükafatı (1111 AZN) təqdim ediblər.
Qeyd edək ki, Nəsimov 6 turdan sonra Unibank Premyer Liqanın ən məhsuldar futbolçusudur. “Neftçi”nin liderliyində böyük pay sahibi olan 23 yaşlı forvard 9 qolla bombardirlər siyahısına başçılıq edir. O, bu qollardan 6-nı məhz avqust ayında rəqiblərinin qapısından keçirmişdi.

Son xəbərlər