Britaniya mətbuatı: «Toni Adams Araz Abudllayevi «Arsenal»a təklif edib»

Britaniya mətbuatı: «Toni Adams Araz Abudllayevi «Arsenal»a təklif edib»
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2010 / 13:24 3220
-  A +

Böyük Britaniya mətbuatı «Everton» klubuna  keçidi gerçəkləşmək üzrə olan «Neftçi»nin gənc yarımmüdafiəçisi Araz Abdullayevlə bağlı maraqlı məlumat yayıb. Qol.Az-ın xəbərinə görə, www.fansfc.com saytı «Qəbələ» klubunun ingiltərəli baş məşqçisi Toni Adamsın Arazı Londonun «Arsenal» klubuna təklif etdiyini yazıb. Məlumatda qeyd olunub ki, Araz «Everton»la ilkin müqavilə bağlayıb və bu sənədin qüvvəyə minməsinə hələ 10 gün var. «Bu səbəbdən «Arsenal»ın Arazı heyətinə qatması üçün hələ vaxtı var» - deyə sayt bildirib.


Son xəbərlər