Mövsümlərarası dövrdə AZAL-a transfer olunan Laval Abiodun komandadan ayrılıb. Qol.Az-ın məlumatına görə, buna səbəb nigeriyalı futbolçunun diz nahiyəsindən aldığı zədədir. Belə ki, sentyabrın 27-də keçirilən məşq zamanı Laval Abiodun zədlənərək məşqi yarımçıq tərk etmişdi. Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkimlər tərəfindən müayinə olunan legionerin sağ ayağında ciddi problem aşkar olunmuşdur və ona diz qapağının "postravmatik qaneartrozu" diaqnozu qoyulmşudur. Məlum olmuşdur ki, futbolçunun 4 il əvvəl aldığı zədə zamanı sümük qırıntıları diz oynağını zədələmiş və sümük qəlpələri oynaq daxilində hələ də qalmaqdadır. Bunları nəzərə alan həkimlər Abioduna nəinki futbol oynamağı, hətta idman fəaliyyəti ilə məşğul olmamağı məsləhət görmüşdür. Laval Abiodonun özü də Nigeriyada aldığı zədənin müalicə olunmadığını bildirərək klubla bağlanılan müqavilənin ləğv olunmasını xahiş etmişdir. Həm həkimlərin rəyini, həm də futbolçunun xahişini müzakirə edən AZAL-ın əhbərliyi Laval Abiodunun komandanın heyətindən çıxarılmasına qərar vermşdir. Artıq bu məsələ ilə bağlı PFL-ə də rəsmi məlumat verilib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər