Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təmsilçiləri arasında UEFA-nın klub yarışlarında ən çox oyun keçirmiş futbolçuların siyahısı açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, həmin oyunçular arasında "Qarabağ"ın sabiq futbolçusu, hazırda Kipr "Apollon"unda çıxış edən Donald Gerye də yer alıb. Haitili yarımmüdafiəçi avrokubokublarda 33 oyunla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahının ilk pilləsində "Beşiktaş"ın kanadalı futbolçusu Atiba Hatçinson (103 oyun) qərarlaşıb. "Levante"nin kosta-rikalı qapıçısı Keylor Navas (69 oyun) 2-ci, "Los-Anceles Qelaksi"nin meksikalı hücumçusu Xavyer Hernandes (58 oyun) yer alıb.
Qeyd edək ki, Gerye bu ay "Qarabağ"dan ayrılaraq "Apollon"a keçib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər