«Bütün komandalar «Bakı»ya qarşı çox ciddi hazırlaşır. Komandamızın son iki oyunda - «Gəncə» və «Simurq»la matçlardakı uğursuzluğunu həm də bununla əlaqələndirmək olar». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Bakı» klubunun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov deyib.
Unibank Premyer Liqasının dünən keçirilən altıncı turunun oyununda «Bakı» gözlənilmədən səfərdə «Simurq»la oyunda iki xal itirib.
Zeynal Məmmədov hələ əvvəlcədən Zaqadaladakı matçın gərgin keçəcəyini proqnozlaşdırdıqlarını söyləyib: «Onlar bizə qarşı ciddi hazırlaşmışdılar. Təəssüf ki, futbolçularımız bizim istədiyimiz nəticənə qazana bilmədilər. Görünür, hələ ki, onların bacardıqları budur. Bizim futbolçular hələ psixoloji gərginlikdən çıxa bilməyiblər».
Zeynal Məmmədov keçmiş baş məşqçiləri Coko Haciyevski üçün «Bakı» ilə oyunun prinsipiallıq daşıdığı barədə iddialara da münasibət bildirib: «Haciyevski «Simurq»un baş məşqçisi kimi bizə qarşı xüsusi hazırlıq görməmişdi. Biz onunla yüksək səviyyədə görüşdük. Bu yaxınlarda Coko Haciyevskinin anası rəhmətə gedib, ona başsağlığı da verdik. Yəni münasibətlərimiz normal qaydadadır».
«Son uğursuluqda baş məşqçinin səhvləri daha çoxdur, yoxsa futbolçuların məsuliyyətsizliyinin» sualına Z.Məmmədovun cavabı belə olub: «Bu uğursuzluqlarda hər iki tərəf məsuliyyət daşıyır. Əsasən da futbolçular».
Yaxın günlərdə futbolçularla ciddi söhbətlərinin olacağını deyən klub rəsmisi oyunçulara cəza kəsilib-kəsilməyəcəyi haqda qərar veriləcəyini istisna etməyib.
«Bakı» rəhbərliyində struktur tam formalaşmayıb. Bu amil futbolçularda ruh düşkünlüyü yarada bilərmi» sualını Z.Məmmədov belə cavablandırıb: «Hər şey ola bilər. Amma mən son uğursuzluqlarda faciəli heç nə görmürəm. «Bakı» həmişə çempionluğa və kuboku qazanmağa iddialı komanda olub. Bu mövsüm də belədir»,
«Bakı»nın yeni baş məşqçisi Vinfred Şeferin özünü doğrultmaması haqda fikirləri gəlincə, Z.Məmmədov deyib ki, almaniyalı mütəxəssisin zamana ehtiyacı var.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər