"Sabah" Danimarka klubu ilə razılığa gələ bilmədi - Yenilənib

"Sabah" Danimarka klubu ilə razılığa gələ bilmədi -  Yenilənib
ÖLKƏ FUTBOLU 26 Yanvar 2021 / 18:12 3968
-  A +

"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Danimarkada davam etdirə bilər.
 
Qol.az Danimarka mətbuatına istinadən xəbər verir ki, bu ölkənin “Veyle” klubu millimizin üzvü üçün “Sabah”a təklif göndərib.
 
1,91 sm boya malik mərkəz müdafiəçisinin yaxşı seçim olduğu bildirilib. Mustafazadənin “Sabah”da və milli komandada əsas heyət üzvü olması diqqətə çatdırılıb.

 ***

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, belə bir təklif aldıqlarını, ancaq klubların razılaşmadıqlarını bildirib. Klub rəsmisi "Veyle"nin Bəhlulu icarəyə götürmək istədiyini bildirib. Danimarkalılar bu keçidə görə paytaxt təmsilçisinə heç bir ödəniş etmək istəməyib. Buna görə də razılıq əldə olunmayıb.


Qeyd edək ki, "Veyle" Danimarka Superliqasında 13 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşır. Bəhlul Mustafazadənin "Sabah"la müqavilə müddəti isə 2022-ci ilin yayına qədərdir.

Daha çox


Son xəbərlər