"Maraqlı və gərgin oyun alındı. İki gündür Bakıda qar yağırdı. Meydanın sürüşkənliyi futbolçulara da təsirsiz ötüşmürdü. Buna baxmayaraq, hər iki komanda həm mübariz, həm də keyfiyyətli oyun göstərdi".
Qol.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda evəd "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunundan sonra mətbuat konfransında deyib.
- Daha çox hansı amillərin sayəsində qələbə qazandınız?
- "Qəbələ" rəngarəng oyun göstərən komandadır. Bunu öz üzərimizdə hiss etdik. "Qəbələ" ilə keçirdiyimiz ilk dövrədəki oyunu da nəzərə alsaq, rəqibin güclü komanda olduğunu deyə bilərəm. İtkilərimiz var idi. Buna baxmayaraq, yaxşı mübarizə aparmağa, rəqibin səhvindən yararlanmağa çalışdıq. Futbol səhvlər oyunudur, kim istifadə etsə, qalib gəlir. Oyun bərabər səviyyədə getdi. Birinci hissəyə passiv başladıq, "Qəbələ"nin inamlı start götürməsinə on dəqiqəyədək dözdük. Rəqibi analiz etmişdik. Bilirdik ki, bütün rəqiblərə qarşı öz oyunlarını sərgiləyir, futbolu eybəcərləşdirmirlər. Fasilədə müəyyən tapşırıqlarım oldu. Hesab imkan verdi ki, ehtiyatlı oynayaraq, qol imkanları yaradaq.
- Hakimlərin "Zirə"ni çox sıxdıqları fikri ilə razısınız?
- Qətiyyən razı deyiləm. Sadəcə, bəzən belə qərarlar olur və bizim başımıza gəlir deyə, emosional reaksiya verir, məyus oluram. Amma hakimlərin bizi sıxdıqlarına dair fikirlərlə razı deyiləm.
- Musa Qurbanlının debütü haqqında nə düşünürsünüz?
- Musa komandamıza yaxşı uyğunlaşdı. Əmin idim ki, adaptasiya problemi olmayacaq. Bu gün meydanada olduğu müddət ərzində yaxşı çıxış etdi, qol vurdu. Hamı kimi Musanın oyunundan da razı qaldım.
- Vaxtı uzatdığına görə qapıçınız Mateus Albino ilə xüsusi söhbət edəcəksiniz?
- Məgər çempionatda hər 7-8 saniyəyə görə oyun dayanır? 11 saniyə yubatdığına görə ikinci sarı vərəqə verilir? Albino ilə belədirsə, hamıya qarşı da eyni davranılmalıdır. Albino ilə nə danışım? Dünyada da 12 saniyəyə topu oyuna daxil edən qapıçılar var. Buna görə cərimə zərbəsinin təyin olunduğunu xatırlamıram. Baş hakim Orxan Məmmədov matçı yaxşı idarə etdi, sərt oyuna icazə verdi. Sadəcə, Albino ilə bağlı epizodda... Bir çox oyunçulara dünya hakimləri də göz yumur. Nəyə görə 7-8 saniyə gecikdirməyə cəza vermirlər? İstər-istəməz insan çılğınlaşır. Başa düşürsən ki, belə gördü və bu qərarı verdi.
- Yeni transferiniz Nemanya Ancelkoviç haqqında nə deyərdiniz?
- O mövqeyə yaydan bəri oyunçu axtarırıq. Elə oldu ki, mövsümün əvvəlində iki stopper götürdüm. Çempionatın gedişində cəzalar, cərimələr oldu. Cəlal Hüseynov da özünü göstərir, əsas üzvlərdən birinə çevrilib. Amma rəqabət yaxşıdır, əlimin altında stopperlərin olması müsbət haldır. Bəzən 5 müdafiəçi ilə oynamağı xoşlayıram. Taktiki gedişlərə imkan olacaq. Yeni gələn oyunçu da gənc, perspektivlidir. İnanıram ki, həm öz oyununu inkişaf etdirəcək, həm də komandamıza kömək olacaq.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı