"Bütün komanda bu mühitə adaptasiya olunub" - "Neftçi"nin braziliyalısı

"Bütün komanda bu mühitə adaptasiya olunub" -  "Neftçi"nin braziliyalısı
ÖLKƏ FUTBOLU 17 Yanvar 2021 / 18:00 1689
-  A +

“Hazırlığımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.
 
Qol.az.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
Braziliyalı müdafiəçi bildirib ki, hazırkı şəraitdə ölkə xaricinə getməkdənsə, Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: “Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.
 
“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison bu barədə də danışıb: "Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı