Bu gün “Turan Tovuz” klubunun nəzdində FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.
Qol.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.
Akademiyanın tikintisinə FİFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FİFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.
Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.
AKADEMİYA
• Akademiya otaqları: 11 otaq - 70 nəfərlik
• Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik
• 2 restoran, 2 mətbəx
• Fitnes, sauna, paltardəyişmə otağı
• Həkim otağı
• İclas otağı
• 11 nəfərlik ofis otağı
• Çamaşırxana
• Texniki və xidməti otaqlar
• 4 mini meydança (1 ədədi qapalı)
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)
STADİON
• 4 paltardəyişmə otağı
• Mətbuat konfransı otağı
• Media iş otağı
• Tibb otağı
• Dopinq-nəzarət otağı
• Nümayəndə otağı
• Hakim otağı
• 2 Sky-Box
• Texniki otaqlar
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)
TEXNİKİ
• Yarımstansiya
• Qazanxana
• Nasosxana
• Su rezervuarları
• Mərkəzi havalandırma
Yuxarı
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı