"Akademiyanı hər zaman yaxından izləyirik. U-19-un məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırıb. Onların içindən Şamili bəyənib əsas komandaya cəlb etdik".
Qol.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun saytına açıqlamasında 18 yaşlı futbolçu Şamil Cəfərovla peşəkar müqavilə imzalanmasına münasibət bildirərkən deyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, müdafiəçinin əsas komanda ilə məşq etməsi onun təcrübə qazanması üçün şansdır: "Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq. Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur. İnanırıq ki, gələcəkdə həm “Səbail”in əsas komandasında, həm də milli komandamızda möhkəmlənə biləcək".
Paytaxt təmsilçisinin U-19 komandasının məşqçisi Ruslan Qafitulin 2.5 il Şamil Cəfərovla birlikdə işlədiyini xatırladıb: "Onun haqqında ancaq müsbət sözlər deyə bilərəm. Cəfərovun əsas keyfiyyətləri həm meydanda, həm də meydandan kənarda olan tərbiyəsi və intizamıdır. Mənim komandamda kapitan sarğısını daşıyırdı. Buna səbəb isə onun liderlik xüsusiyyətləridir. Məğlub olmağa nifrət edir, heç bir epizodda məğlub olmaq istəmir. Müdafiəçi üçün bu çox vacib məqamdır. Özünün həm müsbət, həm də mənfi keyfiyyətlərini əla bilir. Biz mənfilər üzərində işləmişik. Əminəm ki, o bunlara diqqət etsə daha da inkişaf edəcək. Çox mübariz və soyuqqanlı futbolçudur, oyunu da əla anlayır. Futbola gec gəlməsinə baxmayaraq, peşəkar olmaq və inkişaf etmək istəyi ona çox kömək etdi. Mən onun üçün çox sevinirəm. Şadam ki komandamızın baş məşqçisi Aftandil Hacıyev onun istedadını dəyərləndirərək peşəkar müqavilə imzaladı. “Səbail”də akademiyada yetişən futbolçuların, əsas komandaya kömək etmələri üçün böyük işlər görülür".
Şamil Cəfərov isə Ruslan Qafitulin və klub rəhbərliyinə təşəkkür edib: "Artıq peşəkar futbolçu olaraq söyləmək istəyirəm ki, bu mənim üçün çox gözəl hissdir. İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdır. Bu da mənim hədəflərimdən biri idi. İnanıram ki, daha çox əziyyət çəkib, böyük uğurlara imza atmağa çalışacam. Hazırki məqsədim bu qərarına görə, komandanı və baş məşqçimizi məyus etməməkdir".
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı