"Ağlamamaq üçün özümü güclə saxladım" - Müşfiq Hüseynov

"Ağlamamaq üçün özümü güclə saxladım" -  Müşfiq Hüseynov
ÖLKƏ FUTBOLU 6 Yanvar 2021 / 12:44 2759
-  A +

"Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım".

Qol.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.

Niderlandın "de Volkskrant" nəşrinin müxbiri bu günlərdə Bakıya gələrək "Qarabağ" klubunun bazasını ziyarət edib. Bu zaman o, noyabrda işğaldan azad olunan Ağdama səfər edən "Qarabağ" tarixinin ən yaxşı bombardiri və veteranı ilə də söhbət edib.

Müşfiq Hüseynov "İmarət" stadionuna səfəri barədə  danışıb: "Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və "İmarət"ə qayıtmışdım. Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidir. İndi orada hər şey dağıdılıb. Bizim "İmarət"dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı".


Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790

Daha çox


Son xəbərlər
topaz banner