"Legionerlərin olmaması bizə təsir etmir" - Aqil Məmmədov

"Legionerlərin olmaması bizə təsir etmir" -  Aqil Məmmədov
ÖLKƏ FUTBOLU 5 Yanvar 2021 / 12:44 1224
-  A +

"Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında deyib.

Təlim-məşq toplanışı barədə danışan 31 yaşlı qolkiper hazırlığın normal olduğunu bildirib: "Sabahdan  komanda şəklində məşq edəcəyik. Çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".

A.Məmmədov legionerlərin hələlik komandaya qoşulmaması haqda isə qeyd edib: "Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır".



Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


 

Daha çox


Son xəbərlər
topaz banner