Şəhid futbolçunun qardaşı "Zirə"yə qələbə qazandırdı

Şəhid futbolçunun qardaşı "Zirə"yə qələbə qazandırdı
ÖLKƏ FUTBOLU 15 Noyabr 2020 / 18:58 1811
-  A +

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
 
Qol.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
 
Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.

Tamerlan 2 həftədən artıqdır ki, “Zirə”nin əsas komandasında çıxış edir. O, İkinci Qarabağ müharibəsində şəhid olmuş İlqar Burcəliyevin kiçik qardaşıdır.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner