“Yoldaşlıq və rəsmi oyunları fərqləndirmirik. Millinin hər bir üzvü üçün qələbə qazanmaq vacibdir. Ümid edirəm ki, Qazaxıstana qarşı müsbət nəticə əldə edəcəyik”.
Qol.az xəbər verir ki, bu sözləri Monreneqro millisinin üzvü Daniyel Petkoviç Qazaxıstanla keçiriləcək yoxlama oyun haqda danışarkən deyib.
Fransanın “Anje” klubunun qapıçısı yerli mətbuata açıqlamasında bugünkü sınaq matçının Millətlər Liqasının qarşıdakı oyunları üçün çox vacib olduğunu bildirib: “Düşünürəm ki, ölkə xaricində daha az şans qazanan və daxili çempionatda oynayan futbolçuların Gürcüstanla görüşdə iştirakı yaxşı olar. Təbii ki, Millətlər Liqasında Azərbaycan və Kiprlə matça yenilənmiş və daha hazır heyət çıxacaq”.
Qeyd edək ki, Monteneqro millisi noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda yığmamızın qonağı olacaq, bundan üç gün sonra isə Kipri qəbul edəcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video