U-21 millimizin oyununun hakimləri açıqlandı

U-21 millimizin oyununun hakimləri açıqlandı
ÖLKƏ FUTBOLU 9 Noyabr 2020 / 14:18 727
-  A +

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan matçının hakimləri açıqlanıb.
 
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 12-də keçiriləcək qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək.
 
Kaspar Syoberq baş hakim, Peter Maqnusson və Maks Robin Vilde onun köməkçiləri olacaq. Viktor Volf qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, oyun İsveçrənin Tyun şəhərindəki "Tyun Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner