"Sivasspor" - "Qarabağ": Hakim təyinatları açıqlandı

"Sivasspor" - "Qarabağ": Hakim təyinatları açıqlandı
XƏBƏR 3 Noyabr 2020 / 13:15 3086
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı üçün hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, oyunun baş hakimi Portuqaliya Futbol Federasiyasından Joao Pinyeyro olacaq. Ona Tiaqo Joze Pereyra Kosta və Pedro Ribeyro köməklik edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner