“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Türkiyənin İstanbul şəhərində İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyun öncəsi “A Spor” telekanalına müsahibə verib.
Qol.az xəbər verir ki, o, güclü komandaya qarşı oynayacaqlarını deyib: "Türk qardaşlarımızı salamlayıram. Matça gəldikdə, yaxşı komandaya qarşı oynayacağıq. La Liqanın liderlərindən birinə qarşı matçımız olacaq. Baxmayaraq ki, bizim Avropa təcrübəmiz var. Ancaq İspaniya və Azərbaycan futbolu arasında fərq bir az çoxdur. Hər bir halda futbolçularım istəklidir. İnşallah, yaxşı oyun nümayiş etdirmək istəyirik".
Q.Qurbanov Türkiyədə oynayacaqları üçün sevincli olduqlarını bildirib: "Sivasspor"un da matçlarına baxmışıq. Hər bir halda güclü qazanandır. "Sivasspor"la matç ərzində bir başqa, oyundan kənar daha fərqli olacağıq. Yenə də daha yaxından, daha qardaş olacağıq. "Sivasspor"u da yaxşı bir matç gözləyir. Bu dördlükdə həm onlara, həm də bizə uğurlar arzulayıram".
"Qarabağ"ın çalışdırıcısı daha sonra vurğulayıb: "Çox çətindir. Ölkədə müharibə gedir, biz isə burada "Vilyarreal"a qarşı matça çıxacağıq. Əsgərlərimiz soyuqda düşmənə qarşı vuruşur, amma biz futbol haqqında düşünürük. Biz heç vaxt özümüzü tək hiss etmədik".
48 yaşlı mütəxəssis bildirib ki, Türkiyə hər zaman Azərbaycana dəstək olub: "Türkiyəli qardaşlarımız ilk gündən bizim yanımızda oldular. Bütün türk xalqına dərin təşəkkürümü bildirirəm. Qarabağ müharibəsi başlayandan bu günə qədər yanımızdadırlar. Düşünürəm ki, sonadək bu cür davam edəcək. Belə olan halda biz özümüzü güclü hiss edirik. Bizim üçün nə qədər çətin olsa da, işimiz, peşəmiz budur. Vəzifəmizi layiqincə yerinə yetirməliyik".
Bir müddət əvvəl Azərbaycan əsgərlərindən birinin Xankəndi şəhərində "Qarabağ" və "Qalatasaray" komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı istəyinə münasibət bildirən təcrübəli baş məşqçi bunları söyləyib: "Həmin çıxışı izləmişəm, çox duyğulandım. Çox istərdik ki, torpaqlarımız tezliklə azad olunsun. Qarabağ torpaqlarında tək "Qalatasaray"la yox, Türkiyə komandaları ilə matçlar keçirək və birliyimizi bütün dünyaya göstərək".
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"