"Oyun Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. "Vilyarreal"ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, bildirib ki, komandasının fikri cəbhədə olsa da, işlərini layiqincə görməyə çalışacaqlar: "Ölkəmizdən kənarda oynamaq bir az çətindir. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də "Qarabağ" komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək istəyirik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlükdür. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq".
Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: “Makkabi” ilə görüş çətin oldu. Xeyli sayda zədəlılərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik. “Vilyarreal”la görüşdən sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.
Qurbanov qrupdakı Türkiyə təmsilçisi “Sivasspor” barədə də fikirlərini açıqlayıb: “Vilyarreal” – “Sivasspor” matçını izlədim. Gözəl oyun oldu. Tamaşaçılar üçün də çox sayda qol vuruldu. Hər komanda öz oyununu analiz edir. “Sivasspor” asan qol buraxan komanda deyil. Qol vurmağı bacaran komandadır”.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"