"UEFA-nın əsas tələbi odur ki, istənilən halda, oyunlar keçirilməlidir".
Bu sözləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov qitə futbol qurumundan avrokuboklarda iştirak edəcək komandalara yeni qaydalarla bağlı göndərdiyi məktub barədə danışarkən deyib.
Klub rəsmisinin sözlərinə görə, komandalardan hansısa öhdəliyi yerinə yetirə bilməsə və bu səbəbdən, oyun baş tutmasa, həmin kollektivə texniki məğlubiyyət veriləcək.
Əsgərov bildirib ki, mövcud vəziyyətlə bağlı klublara neytral meydanda oynamaq təklif olunub: "Hansı komanda rəqibini öz ölkəsində qəbul edə bilməyəcəksə, onlar alternativ olaraq neytral meydanda oynamalıdırlar. Yaxud da ev sahibləri razı olarsa, UEFA-nın da icazəsi ilə onlar rəqib meydanında qarşılaşa bilərlər".
Qeyd edək ki, Çempionlar Liqasında 2020/2021 mövsümünün I və II təsnifat mərhələlərinin püşkatması 9 - 10 avqustda, Avropa Liqasında I təsnifat mərhələsinin püşkatması isə 10 avqsutda keçiriləcək (Report)
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək