"Zirə"nin qanalı hücumçusu Riçard Qadze Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə 0:0 hesablı matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çətin oyun oldu. Yaxşı ki, qol buraxmadıq. Cümə axşamı keçirəcəyimiz cavab görüşündə də doğma meydanda oynayıb, qol buraxmayacağıq. Bu matç çempionatdakı qarşılaşmalardan fərqli - yəni, daha vacib, ağır idi.
- 0:0 hesabı səfərdə oynayan komanda üçün sərfəli sayılmır. Çünki evdə buraxacağınız 1 qol çətinlik yarada bilər. Sonra 2 qol vurmağınız lazım olacaq. Hesab "Zirə"ni qane etdi?
- Bizim üçün yaxşı nəticədir. Qapımızda top görmədik. İnanırıq ki, Zirədə qol vurub, qələbə qazanmağı bacaracağıq.
- Çox inamlı danışırsınız. Buna nə əsas verir? Bugünkü üstün oyun, yoxsa ümumi olaraq "Zirə"ni "Səbail"dən üstün görüb, növbəti mərhələ üçün favorit sayırsınız?
- "Səbail" çox yaxşı komandadır. Bir həftə öncə bizə 1:4 hesabı ilə uduzdular. Zirəyə gəlib, qələbə qazanmaq istəyəcəklər. Amma biz inanırıq ki, hər şey istədiyimiz kimi olacaq.
- "Zirə"yə gəlib, çox uğurlu başladınız. "Sabah"la matçda yaxşı çıxış etdiniz. "Qarabağ"a qol vurdunuz. Son vaxtlar isə sanki formada deyisiniz. Bunu nə ilə əlaqələndirərsiniz?
- İlin axırında hamıda fiziki baxımdan çətinlik olur. Ona görə bəlkə formada deyiləm. Həm də 2 aydır ki, futbol oynamırdım, məşqsiz qalırdım. Amma inanmıram ki, gələn il hər şey yaşxı olacaq.
- Xulionun varlığında kölgəyə çəkilirsiniz. Amma hücumda tək olanda özünüzü daha yaxşı göstərirsiniz. Bununla razısınız?
- Mənim üçün Xulio ilə oynamağın heç bir problemi yoxdur. Zaur müəllim nə deyir, onu da edəcəyik.
- "Zirə" kuboku qazana bilərmi? Nə dərəcədə real görünür?
- Hər şey ola bilər. Biz qarşıdan gələn oyunlara köklənirik.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord