“Kubok fərqli bir turnirdir. Oyunun çətin olacağını bilirdik. İlk matçı evdə keçirdiyimiz üçün həm hücumda, həm də müdafiədə yaxşı oynamağa çalışırdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, böyükhesablı qələbəni (3:0) belə şərh edib: "Ümumi götürsək, tam oyundan razı qalmadım. Ülvi İsgəndərovun meydana daxil olması ilə hücum və ya müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə hiss edirdik ki, rəqib daha çox hücum edəcək. Buna görə meydana bir hücumçu buraxıb, ön xətdə daha çox olmağa çalışdıq. Bu da öz faydasını verdi".
Elmar Baxşıyev komandasının mərhələ keçmək şansarından danışıb. O, 3:0 hesablı qələbəyə baxmayaraq, şansların 50-nin 50-yə olduğunu bidirib: "Kubokda sürpriz ola bilər. Komandanı çətin oyuna kökləyəcəyik. Qırmızı vərəqəyə gəlincə, bunu normal qiymətləndirirəm. Bu, oyun epizodunda baş verdi. Qarşıda daha bir oyunumuz var. Bu səbəbdən yanvarda heyətdə ola biləcək dəyişikliklərdən danışmağa tələsməyək. Bütün futbolçulara şans veririk. İlk “11-liy”ə layiq olan oyunçular da meydana çıxır".
E.Baxşıyev çətin durumda olan "Qəbələ"nin yaşamalı olduğunu da qeyd edib: "Qəbələ" Azərbaycan futboluna lazımdır. “Qəbələ”ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm. Yaxşı nəticələri olub. Azərbaycan və Avropada tanınmış klubdur. İnanıram ki, “Qəbələ” yaşayacaq, uğurları və nəticələri ilə hamını sevindirəcək”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı