"Bizim ölkə çempionumuz ayrı-ayrı orta səviyyəli Avropa ölkələrinin çempionlarını demək olar ki, dizüstə qoyur. Dünənki oyunda da nəticəyə baxmasaq, deyə bilərəm ki, "Qarabağ" APOEL-dən qat-qat üstün oyun sərgilədi. Hesab edirəm ki, hər birimiz "Qarabağ"ımızla qürur duymalıyıq. Yenə deyirəm, bəlkə də, hamımız fərqli bir nəticə gözləyirdik. Amma "Qarabağ"ın göstərdiyi oyun gələcəyə çox böyük ümidlə baxmağa imkan verir".
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov “Qarabağ”ın Avroliqanın 3-cü turunda evdə APOEL-lə heç-heçə etdiyi oyun (2:2) barədə danışarkən deyib.
O, “Qarabağ”ın göstərdiyi oyuna görə qürur duyduğunu söyləyib: "Dünən Azərbaycan çempionu Kipr çempionunu dizüstə qoymuşdu. Sırf oyun üslubu, oyuna nəzarət, qol epizodları, istək, mübarizəyə görə "Qarabağ" üstün idi. Buraxdığı qolları bir kənara qoyaq. Rəqib hansısa standart vəziyyətdən və yaxud səhvdən istifadə edib iki qol vurdu. Ancaq "Qarabağ"ın göstərdiyi oyuna görə hər birimiz qürur duyuruq ki, bizim belə bir çempionumuz var. Qrupdan çıxmaq şanslarına gəldikdə isə Qurban Qurbanov hər zaman bir az ehtiyatlı danışır. Onu da başa düşmək olar. Bilirsiniz, artıq bir dəfə Çempionlar Liqasında APOEL-ə şans verdik. Hesab edirəm ki, 2-ci dəfə belə bir şans olmayacaq. Rəqib baş məşqçi oyundan öncə bildirirdi ki, sevinən tərəf biz olacağıq. Amma o, bir şeyi başa düşməldir ki, sonda sevinən tərəf "Qarabağ" olacaq".
O, “Qarabağ”ın buraxdığı 2-ci qolda səhvi olan kapitan Rəşad Sadıqov barədə sosial şəbəkələrdə dolaşan fikirlərə də toxunub: "Bu söhbətləri bitirmək lazımdır. Futbol səhvlərlə dolu bir oyundur və heç kim bu səhvlərdən siğortalanmayıb. İkinci məsələ isə səhv təcrübəli, cavan seçmir. Buna görə mən hesab edirəm ki, ən vacibi bu idi ki, səhvi düzəltmək üçün çalışan "Qarabağ" komandası, onun mübarizə ruhu var idi. Elə ikinci hissədə də biz bunun şahidi olduq. Ən vacibi budur. Hər birimiz səhv etmişik. İkinci hissədə Rəşad başda olmaqla hər bir "Qarabağ" oyunçusu meydana bir məqsədlə çıxmışdı. İlk növbədə, bu səhvi unutdurmaq üçün rəqibi öz meydanında sıxaraq qol vurmaq və müsbət nəticə əldə etmək. Onlar da buna nail oldular. İkinci hissədə ümumiyyətlə, biz APOEL komandasını görmədik. Yenə deyirəm, hər birimizin dəstəyi ilə "Qarabağ" Kiprdən müsbət nəticə ilə dönəcək".
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı