Stokun “Fənərbaxça”ya transfer olunmasında adı hallandırılan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri, eləcə də “Beşiktaş” rəsmisi Mübariz Mənsimov haqqında yayılan son xəbərlərlə bağlı ilk dəfə Türkiyə mətbuatına açıqlama verib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, yaxşı bir “Beşiktaş” tərəfdarı olmasıyla bilinən “Xəzər Lənkəran”ın fəxri prezidenti haqqında uzun müddət İstanbul klubuna ulduz futbolçu gətirəcəyi xəbərləri gündəmdən düşmürdü. Bir neçə gün öncə isə “Fənərbaxça”nın “Qalatasaray”ın da istədiyi Stoku transfer edərkən Mənsimovdan böyük dəstək qazandığı iddia edildi. Guya o, yaxşı münasibətlərə malik olduğu “Çelsi” rəhbərliyi ilə şəxsən danışıqlara da girib. Nəhayət, son dövrlərdəki susqunluğuna son qoyan həmyerlimiz bütün gerçəkləri anlatmaq qərarina gəlib. Mənsimovun həmin açıqlamaları ilə sizi də tanış edirik: “Öncə onu deyim ki, mən “Beşiktaş” tərəfdarıyam. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım isə yaxın dostumdu. Lakin o, Stokun transferində iddia edildiyi kimi məndən yardım istəmədi. O dönəmdə heç Türkiyədə yox, ölkə xaricindəydim. Ayrıca bunu vurğulamaq istərdim ki, mən futbol adamı yox, iş adamıyam. “Beşiktaş” və “Fənərbaxça” klublarının həyata keçirdiyi transferlərə qarışa bilmərəm. Artıq bu yalanlardan sıxılıram. Media mənsubları məni xəyallarının aləti etməkdən əl çəksinlər. Bir şey etsəm və etmək istəsəm, bunu çıxıb açıq söylərəm. Allahdan başqa kimsədən qorxum yox. Amma bu yaşanmayan olaylar və yalanların qəzetlərdə yer alması məni çox narahat edir”.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı