Tanınmış almaniyalı mütəxəssis Vinfred Şaferin son ölkə kubokunun qalibi olan “Bakı”nın baş məşqçisi təyin edilməsi Almaniya mətbuatının gündəmini zəbt edib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bu ölkənin qəzet və elektron Kütləvi İnformasiya Vasitələri (KİV) “Bakı”nı Azərbaycanda iddialı, Avropada daha yüksək səviyyədə oynamaq arzusunda və iqtidarında olan bir klub kimi təqdim edir. Azərbaycan vitse-çempionu ilə iki illik müqavilə bağlayan nüfuzlu alman mütəxəssisin “Almaniyada ancaq “Bavariya”nın belə şəraiti var” deməsi Almaniya mediasını kifayət qədər həyəcanlandırıb. Təsadüfi deyil ki, Avropaya yeni bir Azərbaycan brendi kimi daxil olan “Bakı”ya bu ölkədə maraq olduqca artıb və bu proses davam edir. Eyni zamanda Azərbaycan Qafqazda alman futbol məktəbinin mərkəzinə çevrilir. Bütün bunlar kifayət qədər konservativ Almaniya KİV-in yekdil həssaslığı fonunda baş verir.
Maraqlıdır ki, Şaferi tanıyanların və izləyənlərin bir çoxu üçün onun “Bakı”nın baş məşqçisi olması və iş yeri kimi Azərbaycanı seçməsi bir qədər gözlənilməz olub. Belə ki, onların çoxu 60 yaşlı çalışdırıcının Nigeriya milli komandasının sükanı arxasına keçəcəyini təxmin edirmiş. Şaferin həmyerlisi olan Berti Foqts 2008-ci ilin aprelində yığmamızın baş məşqçisi postuna məhz Nigeriya millisindən gəlib.
Məqsədi ölkəmizi Avropada layiqincə təmsil etmək, tanıtmaq, sevdirmək olan “Bakı” Almaniyada ölkəmizə, özlərinə artan marağı nəzərə alaraq, rəsmi internet səhifəsinin alman dili bölümünü gündəlik olaraq yeniləyir.
Almaniyanın aparıcı KİV-də Şaferin “Bakı”ya təyinatı ilə bağlı fikirlər:
“Kicker”: Uzun müddət “Karlsrue”nin baş məşqçisi olmuş Vinfred Şafer Azərbaycan Premyer Liqa təmsilçisi “Bakı”nın baş məşqçisi vəzifəsinə təyin edildi.
“Focus”: Şafer Qafqaz ölkəsindəki alman məşqçilər heyətini daha da gücləndirdi.
“Welt”: Keçmiş Bundesliqa oyunçusu və məşqçisi Vinfred Şafer Azərbaycan vitse-çempionu “Bakı”nın baş məşqçi postuna gətirildi.
“Yahoo Deutschland”: Şafer: ”Bakı” hədəfləri olan gənc komandadır. Onlar Avrokuboklarda ölkələrini ciddi şəkildə təmsil etmək istəyirlər”.
“Goal.com”: Paytaxt Bakı şəhərindəki hazırkı işi sayəsində Şaferin milli komandanın baş məşqçisi Berti Foqtsla sıx əməkdaşlıq yaratmaq imkanı olacaq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı