İngiltərə və ABŞ futbol yığmaları dünya çempionatları tarixində 60 ildən sonra yenidən üz-üzə gəliblər. Bu münasibətlə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində tədbir keçirilib. Tədbirdə ölkəmizdəki diplomatik korpusların nümayəndələri, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu, həmçinin futbol klublarının təmsilçiləri iştirak ediblər. Dəvətlilər arasında "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və komandanın yarımmüdafiəçisi Araz Abdullayev də olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərə - ABŞ matçından öncə Elnur Əşrəfoğlu Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karolin Brauna "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun salamını çatdırıb və səfirlik tərəfindən kluba göstərilən diqqətə görə minnətdarlığını bildirib. Daha sonra Əşrəfoğlu Araz Abdullayevin flaqmanda geyindiyi 17 nömrəli futbolkanı səfirə bağışlayıb. Öz növbəsində xanım Karolin Braun "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıb. O, Araz Abdullayevin İngiltərə Premyer Liqasında "Everton"un heyətində nailiyyət qazanacağına inandığını vurğulayıb. "Everton"un tarixi klub olduğunu bildirən xanım Karolin Braun deyib ki, "Neftçi"nin yarımmüdafiəçisinin İngiltərə klubuna keçidi Azərbaycan futbolunun inkişafına bariz nümunədir.
Ardından tədbir iştirakçıları "Lider" TV vasitəsilə İngiltərə - ABŞ oyununu izləyiblər. Tədbir boyu xanım Karolin Braun Araz Abdullayevin futbolkasında olub.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı