Dünən Cənubi Afrika Respublikasında başlanan futbol üzrə dünya çempionatının oyunları zamanı tribunadan gələn afrikalıların qədim musiqi aləti vuvuzelanın səsi futbol bayramının qanqaraldıcı hissəsinə çevrilib. Televiziya tamaşaçılarına bir növ arı vızıltısını da xatırladan və insanların əsəblərinə toxunan bu səs az qala, oyunu TV vasitəsilə izləyən tamaşaçını ən yaxşı halda televizorun səsini birdəfəlik azaltmaq məcburiyyətində qoyur.
Dünya çempionatının oyunlarının Azərbaycanda yayım hüqüqunu alan «Lider» telekanalının idman redaksiyasının baş idman icmalçısı Rövşən Binnətli də Qol.Az-ın müxbiri ilə bütün bunlardan narahat olduğunu deyib: «Dünya çempionatının başlaması ilə əlaqədar şəxsən dünəndən mənə edilən bütün zənglər zamanı bu məsələyə də toxunulur. Bu səsin qarşısını almaq texniki cəhətdən mümkün deyil. Vuvuzelanın səsinin eşidilməməsi üçün yeganə bir çıxış yolu var: stadiondan gələn səsi bütünlükdə efirə verməmək. Bu isə futbolun dadını qaçıra bilər».
R.Binnətli belə bir hadisəylə ilk dəfə Afrikada keçirilən Konfederasiyalar kuboku zamanı üzləşdiyini söyləyib: «O vaxt xüsusilə teleşərhçilər buna etirazlarını bildirdilər. Amma FİFA prezidenti Yozef Blatter birmənalı şəkildə afrikalıları dəstəklədi və bildirdi ki, siz Afrikada özünüzü Avropanın göbəyindəki kimi hiss etmək istəyirsiniz? Qeyd etmişdi ki, vuvuzela afrikalıların mədəniyyətinin tərkib hissəsidir, yerli azarkeşlər qayda-qanun çərçivəsində nə istəsə, edə bilərlər. Biz şərhçilər də bunu qəbul etmək məcburiyyətində qaldıq. Çünki daha başqa çıxış yolu yoxdur. Bu dəfə dünya çempionatının başlaması zamanı da oxşar etirazlar oldu. Amma FİFA-nın cavabı yeni dəyişmədi».
R.Binnətli bütün bunların futbola bir növ yamaq olduğu qənaətindədir: «Məsələn, Fransada oyunların gedişatı zamanı baraban, Azərbaycanda bəzi oyunlarda nağara, zurna səsini eşidirik. Bunlar futbola yamaqdır, azarkeşin diqqətini özünə cəlb edir və onların fəallığını azaldır. İngiltərə futbolunda isə tribunadakı mühit ona görə ləzzət edir ki, orada hər şey təbiidir».
R.Binnətli oyunu şərh edərkən vuvuzelanın səsinin ona daha çox təsir etdiyini bildirir: «Bildiyiniz kimi, oyunlar zamanı şərhçilərdə qulaqcıq olur. Vuvuzelanın səsini ilk dəfə eşidəndə çox narahatlıq keçirdik. Sonra bu problemin aradan qalxmayacağını biləndən sonra məcbur olub özümüzü həmin səsə kökləyirik. Oyun başlanandan 10-15 dəqiqə sonra beyin sanki həmin səsə proqramlaşır. Şərhçinin daha ilhamla, şövlə reportaj aparması üçün tamaşaçı alqışını, təbii səsi eşitməsi çox vacibdir. Təəssüf ki, Afrikadakı çempionatda təbii səsi vuvuzelanın səsi əvəzləyib. Nə etmək olar, qatar artıq gedib, çoxluq azlığa tabe olmaq məcburiyyətində qalıb».
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi