"Neftçi" Unibank Premyer Liqasının 2010/11 mövsümünün hazırlıq prosesi çərçivəsində Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq görüşü keçirəcək. Qol.Az-ın xəbərinə görə, bu haqda flaqmanın rəsmi saytına məlumat verən "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu bildirib ki, oyun iyulun 3-də Avstriyanın Bişofshofen şəhərində baş tutacaq. Artıq bununla bağlı "Beşiktaş" tərəfindən razılıq məktubu alınıb. Əşrəfoğlu bildirib ki, yoldaşlıq matçı ərəfəsində "Neftçi" və "Beşiktaş"ın qardaş komandaya çevrilməsi ilə bağlı müvafiq sənəd imzalanacaq: "Bildiyiniz kimi, "Beşiktaş" böyük tarixə malik klubdur. Bu komanda nəinki Türkiyədə, hətta Avropada da çox məşhurdur. "Beşiktaş"da həmişə dünya futbolunun ulduzları çıxış edib, təcrübəli mütəxəssislər baş məşqçi vəzifəsində çalışıblar. "Neftçi" klubu olaraq, "Beşiktaş"la qardaşlaşmış komandaya çevrilmək niyyətindəyik. Bununla əlaqədar ilkin razılıq əldə olunub. Məsələ "Beşiktaş"ın İdarə Heyətində də müzakirə edilib və təklifimizə müsbət cavab verilib. Avstriyada keçirilən təlim-məşq toplanışında həm "qara qartallar"la yoldaşlıq görüşü keçirəcəyik, həm də "Neftçi"nin prezidenti Sadıq Sadıqov və "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörən tərəfindən qardaşlaşmış komanda olmağımıza dair müqavilə imzalanacaq. Çox maraqlı faktdır ki, hər iki klubun rəngi eynidir, yəni ağ-qaradır. İnanırıq ki, bu əməkdaşlığımız flaqmanın timsalında bütövlükdə Azərbaycan futbolunun inkişafına öz töhfəsini verəcək".
Xatırladaq ki, "Neftçi" iyunun 27-dən iyulun 10-dək Avstriyada təlim-məşq toplanışı keçəcək. Komandamız "Beşiktaş"la oyunla yanaşı, iyulun 6-da Rumıniyanın "Otselul", iyulun 9-da isə Polşanın "Zaqlebie" klubları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı