«Bakı»nın almaniyalı yeni baş məşqçisi Vinfred Şafer yeni klubundakı hədəflərni açıqlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şafer bunları deyib: “Mənim üçün əsas klubun hədəfləridir. “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşüb, ətraflı söhbət etdik. O mənə bildirdi ki, əsas məqsədi “Bakı” klubunun Avropada uğur qazanmasıdır. Mən də Hafiz bəylə razılaşdım”.
Vinfred Şafer ölkəmiz və «Bakı» haqda da təəssüratlarını bölüşüb: «Burada gördüklərim çox xoşuma gəldi. Tam səmimi deyirəm ki, “Bakı”nın bazasını görəndə şoka düşdüm. Azərbaycanda bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim. Almaniyada belə şəraitə, təlim-məşq bazasına yalnız “Bavariya” malikdir. Digər klubların şəraiti isə “Bakı”dan aşağıdır. Həqiqən də komandanın super şəraiti var. Bura gələn futbolçular da hara gəldiklərini bilməlidirlər. Çünki “Bakı” klubu hər sahədə peşəkardır. Klubun rəhbərliyi peşəkar insanlardan qurulub”.
Sonda almaniyalı mütəxəssis komandasının hazırlığı barədə danışıb: «Hazırda işə dörd əllə sarılmalıyıq. Çünki vaxtımız çox azdır. Ayın 15-i komanda Bakıda hazırlığa başlayacaq. Çox ciddi şəkildə çalışmalıyıq. İyulun 15-də Avroliqada ilk oyunumuza çıxacağıq. Avropada uğur qazanmaq heç də asan olmayacaq. Amma biz işimizə ciddi yanaşıb, istəyimizə çatacağıq. Biz avropada uğur qazanmalıyıq”.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu