«Mənim «Qəbələ» klubunda çalışmağımın məqsədi Azərbaycanda futbolun kütləviləşdirilməsi layihəsinə yardım etməkdir. Bu proqram ölkənizdə ilk dəfə «Qəbələ» klubu tərəfindən həyata keçirilir». Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərlə söhbətdə «Qəbələ»nin«Futbolun kütləviləşdirilməsi proqramı» çərçivəsində yaratdığı departamentin rəhbəri, ingiltərəli mütəxəssis Ted Satton söyləyib. Vətənində 16 il «Everton» klubunda çalışdığı bildirən Satton analoji layihə çərçivəsində istedadlı futbolçular yetişdirdiyini söyləyib: «Onların arasında ən məşhuru isə «Mançester Yunayted»in ulduzu Ueyn Runidir. Hazırda da «Everton»da mənim yetirməm olan 4-5 futbolçu var ki, gələcəyin ulduzları ola bilərlər».
T.Satton Azərbaycana gələnə qədər «Qəbələ»nin oyununu bir dəfə izlədiyini deyib: «Amma bu komandanın matçlarına daha çox Toni Adams və onun köməkçisi baxıb».
T.Satton «Qəbələ»nin həyata keçirdiyi proqramla bağlı AFFA-da görüşlər keçirdiyini söyləyib: «Mənə söz verdilər ki, layihəyə dəstək olacaqlar».
«Qəbələ» klubu üçün gözəl şərait yaradıldığını deyən Satton burada 11-13 yaşlı uşaqlar arasında istedadlı futbolçular olduğunu bildirib.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu