Bu gün Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində son yoldaşlıq oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun çalışdırdığı komandamız bu dəfə Honduras millisini sınağa çəkib. Buna qədər Avstriyada Moldova ilə heç-heçə edən (1:1), Makedoniyaya uduzan (1:3) komandamızın bu dəfəki rəqibi daha güclü - DÇ-2010-nu iştirakçısı Honduras millisiydi. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın gedişində rəqibi ilə başa-baş mübarizə aparan təmsilçimiz fasilədən sonra azlıqda qalıb. Lakin 74-cü dəqiqədə meydandan qovulan Saşa Yunisoğlunun komandamızı azlıqda qoymasına baxmayaraq, millimiz güclü rəqibi ilə sonadək mübarizə aparıb, qolsuz heç-heçə etməyi bacarıb.
Qeyd edək ki, Bakı vaxtilə saat 21:30-da start götürən yığmamızın oyunu Qol.Az vasitəsilə canlı yayımlanıb.
Yoldaşlıq oyunu
Saat 21:30. Azərbaycan – Honduras 0:0
Hakimlər: RONALD BRANDNER, Oliver Draxtat, Andeas Rothmann, Louis Hoffmann.
Avstriya. Sel-am-Zi şəhər stadionu.
Azərbaycan: 23. Səlahət Ağayev, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 9. Samir Abbasov, 16. Amit Quluzadə (8. Aleksandr Çertoqanov, 67), 10. Elvin Məmmədov (22. Ruslan Əmircanov, 76), 4. Mahir Şükürov, 17. Vüqar Nadirov (25. Cavid Hüseynov, 46), 11. Rauf Əliyev (20. Fabio Luis Ramim, 46).
Baş məşqçi: Berti Foqts.
Honduras: 1. Rikardo Kanales, 23. Serjio Mendoza, 17. Edqar Alvares (25. Oscar Qarsia, 77), 21. Emilio İzaquirre, 20. Amado Quevera (6. Hendri Tomas, 46), 8. Vilson Palasios (13. Roger Espinoza, 46), 7. Ramon Nunyes, 5. Viktor Bernades, 3. Maynor Fiqueroa (2. Osman Çaves, 46), 11. Julio de Leon Sezar, 10. David Suazo (9. Karlos Alberto Pavon 68).
Baş məşqçi: Reynaldo Rueda.
* Foqts Hondurasla oyuna start heyətində gözlənilənlərin əksinə qapını Kamran Ağayevin əsas əvəzləyicisi olan Fərhad Vəliyevə də tapşırmayıb. Belə ki, yığmamızın mundilal iştirakçısı ilə görüşdə qapısını Səlahət Ağayev qoruyacaq. Bununla da 20 yaşlı qapıçı milli komandamızda debüt edir. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Ruslan Abışov yox, Saşa Yunisoğlu duet təşkil edir. Bununla da Yunisoğlu Avstriyada ilk dəfə meydana çıxib. Müdafiənin col və sağ cinahları müvafiq olaraq Elnur Allahverdiyevlə Maksim Medvedevə tapşırılıb. Aleksandr Çertoqanov Avstriyada ilk dəfə əsas heyətdən kənarda qalıb. Onu dayaq yarımmüdafiəçisi mövqeyində əvəzləyən Samir Abbasov Amit Quluzadə, Elvin Məmmədov və Mahir Şükürovla birgə orta sahədə mübarizə aparır. Hücumda Rauf Əliyevlə Vüqar Nadirov yer alıb. Vüqar ilk dəfə Avstriyada yoxlama oyununda iştirak edir.
Matç başladı
6. David Suazo komandamızın qapısına yol tapsa da, hakim oyundankənar vəziyyət qeydə alır
Mundial iştirakçıları daha fəal görünür
Moldova və Makedoniya ilə oyunlarda olduğu kimi bu görüş zamanı da Avstriyada yağış yağır və bu, oyunun daha sürətli alınmasına mane olur
13. Rəqib komandanın heyətində Fiqueroa kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
15. Qapımız qarşısında ilk real qol vəziyyəti. Gənc qapıçı Səlahət və müdafiəçilərimiz son anda qapımıza qol vurulmasına imkan vermirlər
22. Raufun timsalında millimizin ilk hücumu rəqib qapıçının səhvsiz oyunu sayəsində bəhrəsiz qaldı
30. Suazonun cərimə zərbəsindən vuruşu nəticəsində top qapıdan azca yan keçdi
35. Raufun baş zərbəsi qapıdan yan keçir
41. Millimizin əks-hücumu zamanı Elvinin həlledici zərbəsində azca dəqiqlik çatmadı. Halbuki o, hesabı açmağa çox yaxın idi
İlk hissə qolsuz heç-heçə ilə başa çatdı
İkinci hissə start götürdü
Fasilədə Berti Foqts iki dəyişikliyə əl atıb. O, Fabio Luis Ramimlə Cavid Hüseynovu meydana buraxdı. Rəqib baş məşqçi isə 3 dəyişikliklə başladı
48. Rəqib komandanın heyətində Bernandes də kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
53. Elnur Allahverdiyev də sarı vərəqə ilə cəzalandı
58. Samir Abbasov da hakimin qəzəbinə tuş gəlir və sarı vərəqə alır
60. Amit Quluzadə də sarı vərəqə aldı
62. Komandamızın təhlükəli hücumu baş tutdu. Lakin Ramim üz-üzə qaldığı qapıçını da keçməsinə rəğmən, müvazinətini saxlaya bilməyib, yerə yıxıldı
67. Amit Quluzadəni Aleksandr Çertoqanov əvəzlədi
74. Saşa Yunisoğlu rəqib futbolçunun qarşısını kobudluqla aldığına görə birbaşa qırmızı vərəqə ilə cəzalanır
76. Elvin Məmmədovun əvəzində meydana Ruslan Əmircanov çıxır
81. Komandamız azlıqda qalsa da hücumlarını davam etdirir. Mahir rəqibi gözəl əks-hücumda yaxalasa da, daha ideal mövqedə olan Ramimə ötürmə etmək əvəzində zərbə endirdi ki, dəqiq olmadı
Matç başa çatdı
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"